Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb
8 yaşlı Zəhranın yardımsevər insanların köməyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Qalib Şirəliyev məlumat verib.
Bildirilib ki, övladına 2023-cü il iyul ayında aplastik anamiya diaqnozu qoyulub:
"Övladım Bakıda bir neçə xəstəxanada müalicə alıb. Daha sonra onu təcili olaraq Türkiyəyə apardıq. 2024-cü il sentyabr ayında qızıma ilik nəqli edildi. Hazırda müalicəmiz davam edir. Artıq maddi olaraq tükənmişik. Zəhranın müalicəsini apara bilmirik. Bizə onun 1 aylıq dərmanlarını ala bilmək və müalicəsini davam etdirə bilməyimiz üçün 2000 manat pul lazımdır. Yardımsevər şəxslərdən xahiş edirəm bizə dəstək olsunlar. Nəyimiz var satmışıq. Bütün pulumuz Zəhranın ilik nəqlinə xərcləndi. 83 min dollar tək əməliyyat üçün verdik. Əlavə olaraq 10 min dollar xəstəxanaya ödəmişik. Qızımın həyatda qala bilməsi üçün dərmanlarını mütləq almalıyıq".
Əlaqə nömrəsi: 050 565 98 37
Yardım kartı: 4169 7388 9609 3535
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- Yeddi yaşlı Mələyin yaşaması üçün sizin köməyinizə ehtiyacı var
- 13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var