Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
34 yaşlı Pərvin Həbibzadənin sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun özü məlumat verib.
Bildirib ki, o, 2018-ci ildə beyin qanaması keçirib:
"Mən 667 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin tələbəsi olmuşam. Bakı Dövlət Universitetində magistratura pilləsində təhsil almışam. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində və Bakı Nəqliyyat Agentliyində hüquqşünas kimi çalışmışam. 2018-ci ildə keçirdiyim beyin qanaması nəticəsində yerimə, görmə və digər həyati funksiyalarımı itirmişəm. Hazırda müalicələrim üçün aylıq 3000 manat lazım olur. Ümumi müalicə üçün isə 300 min dollar tələb olunur. Xalqımdan xahiş edirəm, mənə dəstək olsunlar. Mən yenidən sağlamlığıma qayıtmaq istəyirəm".
Kapital Bank: 5239 1517 7278 4339
Əlaqə nömrəsi: 050 878 36 97
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Qaynar su ilə dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
- Əlil ana övladı üçün yardım istəyir: "Bəzən günlərlə çörək ala bilmirəm"
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"