Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

20 yaşlı tələbənin sizin köməyinizə ehtiyacı var
20 yaşlı Rəvan Rasim oğlu Babayevin sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Babayev Rasim məlumat verib.
O bildirib ki, övladı aplastik anemiyadan əziyyət çəkir:
"Oğlumun dişlərinin dibi qanayırdı. Analiz verdik. Məlum oldu ki, oğluma təcili ilik nəqli olmalıdır. Hazırda Türkiyədə "Florence Nightingale" xəstəxanasında müalicə alır. Günü 2000 dollardır. Bacısından analiz götürüldü. "Donor üçün uyğun deyil", - cavabını aldıq. Dünya Donor Bankına müraciət etmişik. Təxmini 4-5 aya cavab gələcək. Amma bu vaxta qədər oğlum müalicə almalıdır. Bizim bunun üçün maddi durumumuz çox zəifdir. Əlim çatan hər yerdən borc almışam. Nəyim vardısa, satmışam. Xalqımdan xahiş edirəm ki, bizə dəstək olsunlar. Bizə ilkin müalicə üçün 25 min dollar lazımdır. 13 günə artıq 42 min dollar xəstəxanaya ödəniş etmişik".
Qeyd edək ki, Rəvan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir.
Əlaqə nömrəsi: (050) 991-99-24.
"Kapital Bank": 4169 7388 8657 1417.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- Yeddi yaşlı Mələyin yaşaması üçün sizin köməyinizə ehtiyacı var
- 13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var