Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cenk Tosunun "Fənərbağça"dan ayrılmasına Ceko MANE OLDU
"Fənərbağça"nın hücumçusu Cenk Tosunun yeni mövsümdən karyerasını icarə əsasında Yaponiyanın "Urava" klubunda davam etdirmək planları pozulub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Fənərbağça" Türkiyə millisinin sabiq hücumçusunu icarəyə göndərməkdən imtina edib. Edin Cekonun gözlənilməz zədəsi İstanbul təmsilçisini belə bir addım atmağa vadar edib.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin heyətində E.Cekonun burnu qırılıb.
Xatırladaq ki, bu mövsüm "Fənərbağça"da 17 matça çıxan 33 yaşlı C.Tosun, iki qol, bir asistlə yadda qalıb.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar