Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Beşiktaş" İstanbul derbisinin qalibi oldu
Türkiyə Superliqasında 19-cu turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, günün mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.
Gərgin keçən qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "qara qartallar" Jedson Fernandeşin 66-cı dəqiqədə vurduğu qolla 10 nəfərlə qalan "cimbom"u məğlub etməyi bacarıb.
Oyunun əsas vaxtına artırılmış dəqiqələrində "Beşiktaş"ın heyətində Semih Kılıçsoy birdəfəlik qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.
"Qalatasaray" 71 xalla turnir cədvəlində liderliyini qoruyur. Onun ən yaxın izləyicisi "Fənərbağça"nın 65 xalı var.
"Türkiyə Superliqası" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Fənərbağça" "Bodrumsporu" məğlub etdi
- Cenk Tosunun "Fənərbağça"dan ayrılmasına Ceko MANE OLDU
- "Qalatasaray" rəhbərliyindən futbolçularına JEST - Qələbə bonusu öncədən köçürüldü
- "Qalatasaray" rəsmilərindən futbolçulara QADAĞA
- Türkiyə Supeliqası: Osimhen het-triklə "Qalatasaray"ın qələbəsini təmin etdi