Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

FIFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün pul mükafatının məbləğini açıqladı
2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 1 milyard dollar təşkil edəcək, turnirin qalibi isə 125 milyon dollara qədər qazana biləcək.
Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın saytında məlumat verilib.
2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək turnirdə 32 komanda iştirak edəcək.
Qrup mərhələsindəki hər qələbəyə görə klub 2 milyon dollar, heç-heçəyə görə 1 milyon dollar, 1/8 finala vəsiqə üçün 7,5 milyon dollar, 1/4 finala çıxmağa görə 13,125 milyon dollar, yarımfinala çıxmağa görə 21 milyon dollar qazanacaq. Finalçı daha 30 milyon dollar, çempion isə 40 milyon dollar alacaq.
Bundan əlavə, hər bir klub sadəcə olaraq turnirdə iştiraka görə müxtəlif məbləğlər alacaq. Avropadan olan komandalar 12,81 milyon dollardan 38,19 milyon dollara qədər (idman və kommersiya meyarlarına görə reytinq əsasında müəyyən edilir), Cənubi Amerika klubları - 15,21 milyon dollar, Şimali Amerika, Asiya və Afrika klubları - hər biri 9,5 milyon dollar, Okeaniyadan olan komandalar isə 3,58 milyon dollar alacaq.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- Blatter və Platiniyə bəraət verildi
- Misir 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA-ya müraciət ünvanlayıb
- Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
- Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər
- Azərbaycanlı futbol hakimi Avropa çempionatının final mərhələsinə təyinat aldı