Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Messinin mühafizəçisinə meydana daxil olmaq qadağası qoyulub
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun ABŞ Milli Futbol Liqasının (MLS) oyunları zamanı meydana daxil olmasına qadağa qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə "Bolavip" agentliyi məlumat verib.
Mənbə yazır ki, qadağa hər stadionun özünün mühafizəçilərinin olması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, argentinalı hücumçunun cangüdəni daha əvvəl bir neçə dəfə meydana daxil olub. Bu, azarkeşlərin L.Messi ilə şəkil çəkdirmələrinə görə baş verib.
Öz növbəsində, mühafizəçi özü də artıq meydana çıxmağına icazə verilmədiyini təsdiqləyib:
"Artıq mənim meydançaya daxil olmağıma icazə verilmir. Yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqasında çalışdım. Bu müddət ərzində meydana cəmi altı nəfər daxil olub. ABŞ-də 20 ayda 16 cəhd olub. Burada böyük problem var, problem mən deyiləm. Əlbəttə, liqanın qərarını da başa düşürəm".
Məlumat üçün əlavə edək ki, Yassin Çeuko İraq və Əfqanıstanda döyüş təcrübəsi olan ABŞ ordusunun keçmiş xüsusi təyinatlı hərbiçisidir. O, həmçinin qarışıq döyüş növləri (MMA) yarışlarında iştirak edib.
"Lionel Messi" teqi üzrə xəbərlər
- "Denizlispor" Lionel Messi transferini açıqladı
- İspaniya La Liqasında ən çox oyun keçirən legionerlərin siyahısı bəlli oldu - Ronaldunun adı yoxdur
- Laportadan Messinin "Barselona"ya qayıtma xəbərlərinə REAKSİYA
- Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı
- Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı