08.05.1987 tarixində Şəmkir rayon Kür qəsəbəsində anadan olmuşam. 2004-cü ildə İsgəndər Aznaurov adına Kür qəsəbə 1 saylı orta məktəbi bitirmişəm. 2008-2012-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsində bakalavr təhsili almışam. 2013-2018-ci illərdə Türkiyənin Qazi Universitetində eyni ixtisas üzrə magistratura təhsili almışam. 2019-cu ildə Türkiyənin Uludağ Universitetinə Siyasi Elmlər və Dövlət İdarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul edilmişəm. 2012-ci ildən müxbir, baş redaktor köməkçisi vəzifəsində işləmişəm. 2024-cü ilin sentyabr ayından etibarən Oxu.Az-ın Türk redaksiyasında müxbir kimi çalışıram.