Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı
Mingəçevirdə 31 yaşlı kişi məzarlıqda yaralı halda tapılıb.
Hadisə "Mingəçevir kənd qəbiristanlığı" adlanan məzarlıqda baş verib.
Şəhər sakini Samir Mirzəyevin atasının məzarı yanına gələrək özünə müxtəlif dərəcəli xəsarətlər yetirdiyi bildirilir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, boyun nahiyəsinin və hər iki saidin kəsilmiş, çapılmış yaraları diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti orta ağırdır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ətraflı Baku TV-nin süjetində:
Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı

"qəbiristanlıq" teqi üzrə xəbərlər
- Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir
- Bakıda qəbiristanlıqdakı gəlinlik qorxu yaratdı
- Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
- "Bütün qəbirlər suyun içindədir" - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu
- Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb
Ən çox oxunanlar