Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub
Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 63 yaşlı kişi vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 1961-ci il təvəllüdlü İlham Xasıyev bir müddətdir ki, xəstəxanada müalicə alırmış.
Hadisə ilə bağlı Respublika Psixiatriya Xəstəxanasından Oxu.Az-a verilən açıqlamada bildirilib ki, ilkin ehtimallara görə, vətəndaş kəskin ürək-damar çatışmazlığından vəfat edib.
"Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə-tibbi ekspertizasının rəyi hazır olduqdan sonra, yəqin ki, istintaq orqanı bu barədə məlumat verəcək".
Almaz Qasımova
"Maştağa qəsəbəsi" teqi üzrə xəbərlər
- Bakıda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü
- Sabunçuda suyu zəhərləyənlərin İFŞASI - Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı
- Maştağadakı su kanalında yaranan antisanitar vəziyyət ARADAN QALDIRILDI
- Bərbad vəziyyətdə olduğu üçün avtobusun işləmədiyi yol
- Küçədə qalan qadın başına gələnləri danışdı: "Anam məni uşağımla birlikdə qəbul etmir"
Ən çox oxunanlar