Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

10 yaşlı Ülvinin dəstəyə ehtiyacı var
10 yaşlı Ülvinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Ayaz İbrahimxəlilov məlumat verib.
O bildirib ki, övladı anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkir.
"Ülvi artıq 10 ildir ki, beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışmışıq. Əslində dəfələrlə xarici ölkəyə gedib orada da müayinədən keçmək istəsək də, buna imkanımız çatmayıb. Elə burada yazılan müalicələri etmişik. Hazırda Ülvinin müalicəsi üçün 83 min dollara ehtiyacımız var".
Balaca Ülvinin atası fəhləliklə ailəsini dolandırdığını deyib:
"Biz Mingəçevirdə yaşayırıq. Ülvi bizim tək övladımızdır. Yoldaşım evdar qadındır, mən isə ailəmi fəhləliklə bir təhər dolandırıram. Ülvinin müalicəsi üçün yoldaşımın qızıllarını, dəyərli əşyalarımızın hamısını satmışıq. Borc almaqdan da utanırıq artıq. Ayın əvvəli borc alıb, bir ay sonra qaytarırıq, bir neçə gün sonra yenə borc axtarırıq. Yardımsevər şəxslərdən bizim bu çətin vəziyyətdən çıxmağımıza dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 977 98 46
Kapital bank: 4169 7388 2371 8154
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Arzunun anası: "Hər gün onun addımlamasının xəyalını qururam"
- Bir gözü amputasiya edilən Əfruzun dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 4 yaşlı Atillanın gözlərinin görməsi üçün sizin köməyinizə ehtiyacı var