Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İki ağır xəstəlikdən əziyyət çəkən Nurayın sizin dəstəyinizə ehtiyacı var
11 yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, övladı serebral iflic və ürək xəstəliklərindən əziyyət çəkir:
"Nurayın 11 yaşı var. O doğulanda həkimin əlindən düşdüyü üçün beyni zədələnib, sol tərəfi iflic olub. Həmin gündən də Nuray müalicələrə başlayıb. Beyin işləmədiyi üçün bağırsaqlar da işləmir, hər ay Nuray üçün Türkiyədən dərmanlar gətizdiririk. Nurayın ürəyində yırtıq olduğu üçün bir dəfə də ürək əməliyyatı keçirib. Nuray dəfələrlə sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyədə müayinəyə gedib. Nurayın dərmanları gecikdikcə vəziyyəti ağırlaşır, 17 kiloqrama qədər düşüb yenə. Nurayı Türkiyəyə aparmağa imkanımız olmadığı üçün həkim telefon vasitəsilə nə dərmanlar almalı olduğumu deyir, sifariş edirik".
Gənc ana övladlarına tək baxdığını deyib.
"Mənim üç övladım var. Günü 15 manata yuxa yayıram. Anamın 78 yaşı var, əvvəl mənə dəstək olmaq üçün yollarda limon və gül satırdı. İndi onun da səhhəti pis olduğu üçün işləyə bilmir. Nurayın pensiyası və mənim qazandığım günlük pulla dolanırıq. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (077) 325-61-47.
"Kapital Bank": 4169 7388 2994 1768.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Dörd yaşlı İbrahim ölümcül xəstəliklə mübarizə aparır: Sizin köməyinizə ehtiyacı var
- Yaşamaq uğrunda mübarizə aparan Mələyin vəziyyəti ağırlaşıb: Dəstəyə ehtiyacı var
- 10 yaşlı Yusifin dəstəyə ehtiyacı var: Müalicəsi geciksə, görmə qabiliyyətini tamamilə itirəcək
- Beş dil bilən Ruslanın dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirə bilmirik"
- 4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
Rəylər