Fevralın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin dediyinə görə, havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.
Fevralın 14-də hava şəraiti Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Əsasən şərq rayonlarında az yağıntı olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, 14 fevral bir neçə ölkələrdə Sevgililər Günü kimi qeyd olunur.