Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

17 dəfə əməliyyat olunan Orxanın dəstəyə ehtiyacı var: "Evimizi də, maşınımızı da satmışıq"
Üçyaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Elmira Həsənova məlumat verib.
O bildirib ki, övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir.
"Orxanın üç yaşı var, beşaylıq olarkən biz onun hidrosefaliya xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Elə çətin günlərimiz də oradan başladı. Orxan bu kiçik ömrünə 17 dəfə əməliyyat olunmağı sığışdırıb. Əməliyyatların uğurlu nəticələrini də nəhayət ki görə bilirik. Amma hazırda Orxan yenidən əməliyyat olmalıdır. Bunun üçün isə maddi olaraq, demək olar ki, tamamilə tükənmişik".
Gənc ana övladının əməliyyatı üçün yardımsevər şəxslərdən dəstək istəyib.
"Orxan Türkiyədə yenidən əməliyyat olunmalıdır. Bunun üçün isə bizim 4 000 manata ehtiyacımız var. İnanın, maddi olaraq tamamilə tükənmişik. Maşınımızı, qızıllarımızı, hətta evimizi belə satmışıq bu illər ərzində. Yardımsevər şəxslərdən bizə bu çətin yolda dəstək olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (050) 698-97-38.
"Unibank": 5243 7544 3898 8410.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Onun sizin köməyinizə ehtiyacı var
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var