Daxili İşlər Nazirliyi Yevlax rayon sakini 24 yaşlı Gülxanım Kərimovanın bu vaxta qədər şəxsiyyət vəsiqəsi ala bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a açıqlamasında bildirib ki, sənədi olmayan Gülxanım Kərimovanın müraciətləri əsasında aidiyyəti polis şöbəsində araşdırma aparılıb:
"Müəyyən olunub ki, həmin şəxsin doğum haqqında şəhadətnaməsi yoxdur. Buna görə də müvafiq qaydada məhkəməyə verilməklə məhkəmə qərarı əsasında həmin şəxsin aidiyyəti dövlət qurumu tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunması üçün müvafiq qərar çıxarılıb.
Həmin qərara uyğun olaraq və qərarın icra müddəti qüvvəyə mindikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqdır. Hazırda məsələ aidiyyəti üzrə icraatdadır".
Samir Əli