27 Sentyabr - Anım Günü Şuşada da baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun iştirakı ilə anım mərasimi keçirilib.
İlk olaraq Bayraq meydanında bir dəqiqəlik sükut olub. Daha sonra sakinlər və rəsmilər Şəhidlər xiyabanını ziyarət ediblər, şəhid məzarına güllər qoyulub, dualar oxunub.