Azərbaycanın ən böyük kinoteatrlarından olan “28 Cinema” mayın 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş, 14 nəfərin həlak olması, 50 nəfərin yaralanması ilə nəticələnmiş yanğın hadisəsi ilə əlaqədar komediya filmlərini repertuarından çıxarıb.
Bu barədə Oxu.Az-a kinoteatrdan bildiriblər.
“Bu ağır hadisə ilə bağlı “28 Cinema” kinoteatrı 19.05.2015 tarixinə olan repertuarda dəyişiklik edib, bütün komediya xarakteri filmləri nümayişdən çıxardıb. Bu dəhşətli hadisədə yaxınlarını, əzizlərini itirən xalqımıza dərin üzürlər diləyir, Allah Rəhmət etsin deyirik!”, - deyə, yayılan məlumatda bildirilir.