“Evdə həyat yoldaşı, qayınanası, qayınatasından gileylənirdi, amma bilməzdim, problem bu səviyyəyə qədər gəlib çıxar”.
Bu barədə Oxu.Az-a intihar etdiyi bildirilən İradə Əliyevanın atası Siyavuş Əliyev məlumat verib.
O bildirib ki, hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib:
“Qızım alaq otlarına qarşı kimyəvi maddə içib zəhərlənib. Oradan gətirmişik Ağdam Rayon Mərkəzi Xəstəxanasına. Burada bir az kömək elədilər, amma gördük ki, həkimlər onu sağalda bilmirlər. Məcbur apardıq Bakıya - Kliniki Tibbi Mərkəzə. Təəssüf ki elə orada yanvar ayının 5-i vəfat etdi. Yas məclisi də bizdə keçir. Hələ ki, qızımın niyə bu addımı atdığını bilmirik, bizə heç nə demirlər. Ekspertiza gedir, heç bilmirik kimdən nə soruşaq.
Yanvar ayının 2-də Ağcabədi polis şöbəsindən müstəntiq qudamı çağırıb, danışdırıb. Nə deyib, nə deməyib bilmirəm. Mənə də zəng eləmişdilər, dedim ki, yeddi mərasimini keçirib, sonra maraqlanacağam”.
Mərhumun atası deyir ki, qızı yoldaşı, qayınatası, qayınanasından bir az gileylənirdi:
“Amma hər ailədə problem , söz-söhbət olur. Mən inanmazdım ki, problem bu səviyyəyə gəlib çatar. Bilsəydim, belə ciddi yerə gəlib çıxar, uşağımı öz yanıma gətirərdim. Hadisədən bir həftə öncə özüm onlarda olmuşam, deyib-gülüb oturmuşduq. Yoldaşım da həmin gün onlarda qalmışdı, səhər gedib gətirdim”.
16:16
Ağdamda intihar hadisəsi olub.
APA xəbər verir ki, hadisə rayonun Ballar kəndində qeydə alınıb. Kənd sakini olan 2001-ci il təvəllüdlü İradə Siyavuş qızı Əliyeva özünü asaraq intihar edib. İ.Əliyeva ailəli olub, üç övladı qalıb. İntiharın onun atası evində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova
Rəylər