Ağdam rayonu ərazisində əkin sahəsində qazıntı aparan kənd sakini İlqar İsmayılov tarixi tapıntılar aşkarlayıb.
Baku.Tv xəbər verir ki, rayonun Ergi qəsəbəsində tapılan bu əşya Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün yeni bir səhifə aça bilər.
İ.İsmayılovun dediyinə görə, yaşadıqları ərazidə həmkəndliləri tərəfindən əkin işləri zamanı da qədim əşyalar, əsasən də küp qırıqları aşkarlanıb.
Lakin, onların hansı dövrə aid olması barədə heç bir məlumatı yoxdur. Tapılan qədim əşyaların rayon tarix-diyarşünaslıq muzeyinə verilməsi nəzərdə tutulur.