Ermənilərlə təmas xəttində olan Ağdamın Təzəkənd və Mirəşəlli kəndlərində olan əməkdaşımızın verdiyi məlumata görə, bu gün gecə saatlarında düşmənlə hər hansı bir çatışma qeydə alınmayıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, buna baxmayaraq, Mirəşəlli kənd sakinləri bildirib ki, ermənilərin nəzarətində olan postla 250 metr məsafədə yerləşən kənddə gərginlik avqustun 5-i gecə saat 01:00-dən səhər saat 06:00-ya qədər qeydə alınıb.
Sakinlərin verdiyi məlumata görə, düşmən iri çarplı silahlarla ordumuzun nəzarətində olan postlara atəş açıb. Nəticədə tərəflər arasında şiddətli döyüşlər gedib. Hətta düşmən mülki əhalinin yaşadığı kəndidə hədəf seçib. Sakinlər onu da bildirib ki, ordumuz düşmənə layiqli cavab verib və ermənilərin itki verdiyi ehtimal edilir.