Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 3-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə avtoqəzada xəsarət alan iki nəfər hospitalizasiya olunub:
"Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travmaları, müxtəlif nahiyələrin sınıqları və kəsilmiş yara diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Yüngül xəsarət alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.
Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin - 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.