Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hələ də davam edir.
Oxu.Az xəbər verir ki, Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov Trend-ə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə məşğuldur:
“Kəndin giriş-çıxışında polis postları qurulub. Gecələr 70-ə qədər polis növbədə dayanır. Müəmmalı vəziyyət yaranıb, ortada da isə real heç nə yoxdur”.
Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metr uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.