Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Agentlik sədrinin iki müavini işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin iki müavini vəzifələrindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb.
Agentlikdən məlumatı təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.
Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin ediliblər.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin olunub.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib
- İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər
- Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi
- DİN əməkdaşlarının maaşları ilə bağlı Nazirlər Kabinetindən QƏRAR
- Sığınacağı intihar edəcəyi ilə hədələyən qadın uşağını geri aldı