Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Alıcılar və satıcılar bazardakı vəziyyətdən danışdılar: "Aldığımız göyərti bu qiymətə dəymir"
Bazarlarda satılan göyərtilərin dəstəsi balaca olsa da, qiyməti yüksəkdir.
Satıcıların sözlərinə görə, göyərti dəstələrinin balaca olmasının səbəbi rayonlardan bazarlara bu formada göndərilməsi ilə əlaqədardır.
"Yağış yağıb göyərtiləri məhv edir. Ona görə də bazara gətirilən dəstələr balaca olur", - deyə satıcı söyləyib.
Alıcılar da göyərtinin qiymətinin çox olduğunu təsdiq edərək, dəstəsinin balaca olmasından şikayətləniblər.
"İllərdir, göyərtini belə vəziyyətdə görürəm: 20 qəpiyə satılan balaca dəstələr", - deyə alıcı narazılığını bildirib.
"Aldığımız göyərti bu qiymətə dəymir. Əvvəllər dəstələr böyük, göyərti də keyfiyyətli idi. İndi alanda elə bil ot yeyirsən", - başqa bir alıcı deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Bazar qiymətləri" teqi üzrə xəbərlər
- Ötən ay bahalaşan və ucuzlaşan məhsullar
- Rayon bazarlarında bahalaşan və ucuzlaşan MƏHSULLAR
- Azərbaycanda istehsal olunan bəzi məhsullar yerli bazarlara daha baha təklif olunur
- Mişardaşı təxminən iki dəfə bahalaşdı - Mütəxəssisdən bədbin proqnoz
- Hava şəraiti məhsulların yetişməsini ləngidir: Qıtlıq gözlənilirmi?
Rəylər