Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Anar Rzayev: "COP29-un ilk günlərində aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə etməli olacaqlar".
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər:
"İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və ikinci terminalda vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 avtobusları hava limanı - "28 may" metro stansiyası , H2 isə hava limanı - "Əhmədli" metro stansiyası marşrutu üzrə hərəkət edəcək".
"COP29" teqi üzrə xəbərlər
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- XII Qlobal Bakı Forumunda gender müzakirələri: "Vəziyyət ədalətli deyilsə, onu dəyişə bilərik"
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"