"Azərişıq" ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır".
Oxu.Az ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O qeyd edib ki, süni intellekt komponentlərindən istifadə hələ tədqiqat səviyyəsindədir:
"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparılır. Biz artıq rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən mənada süni intellekt komponentlərindən istifadə edirik. Amma bu, hələ tədqiqat səviyyəsindədir. Konkret layihə səviyyəsinə çatdıqda bu barədə ictimaiyyətə məlumat veriləcək".
Aygün Mirakif