Azərbaycanın ilk biznes-xəbər kanalı olaraq fəaliyyətə başlayan "ARB 24" telekanalının bu gün 7 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, telekanal 2018-ci il noyabrın 27-də ümumrespublika yayımına başlayıb.
Kanal əməkdaşları 24 saatlıq yayımla ölkədə və dünyada baş verən, xüsusilə iqtisadi sahdə qeydə alınan yenilikləri tamaşaçılara təqdim edir.
Ötən dövr ərzində "ARB 24" telekanalı hazırladığı verlişlərlə izləyicilərin rəğbətini qazanmağı bacarıb.
Oxu.Az kollektivi olaraq "ARB 24"də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!