“ASAN xidmət”in infrastruktur imkanları hesablanıb. Eyni vaxtda məsafə prinsiplərini nəzərə alaraq, 100 nəfər qəbul edə bilərik”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müxtəlif səbəblərdən vətəndaşların “ASAN xidmət” mərkəzlərində işləri uzana bilər:
“Bu zaman mobil tətbiqin özündə arayış tətbiq ediləcək. Polis əməkdaşları vətəndaşın evdən çıxması üçün icazəsinin olması barədə ona gələn SMS-i yoxlamaq məqsədilə saxladıqda arayışı göstərə bilər. Onlara müəyyən güzəştlər ediləcək”.
Ü.Mehdiyev qeyd edib ki, ölkədə elan edilən karantin rejimindən əvvəlki vəziyyətdə “ASAN xidmət” gün ərzində 30 min vətəndaş qəbul edirdisə, bu müddətdə günə 2000 vətəndaş qəbul edib:
“Bu, o deməkdir ki, insanlar kütləvi şəkildə müraciət edə bilər. Vətəndaşlara səslənirik ki, tələsmədən, onlayn növbə götürməklə, “ASAN” mərkəzlərinə gəlsinlər”.
Sədr qeyd edib ki, qurumun əməkdaşları əlcək və maskalarla təmin edilib.
İlhamə Əbülfət