Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 19№-li bu qərarının mətni bu gün rəsmi mətbuatda dərc olunub.
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin – “ASAN xidmət”in tabeliyindəki qurumların siyahısına hələlik yalnız bir qurum – “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.
Gülnarə Zeynalova
www.oxu.az