Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ata autizm sindromlu övladı üçün yardım istəyir: "Artıq özünə xəsarət yetirməyə başlayıb"
Səkkiz yaşlı Adəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası İmran Ələsgərov məlumat verib.
O bildirib ki, övladı autizm sindromundan əziyyət çəkir:
"Adəmin səkkiz yaşı var, o, autizm sindromundan əziyyət çəkir. Biz onun problemini iki yaşında bilmişik və o gündən də müalicə edirik. Amma Adəmin vəziyyəti günü-gündən pisləşir. Özünə xəsarət yetirməyə, döyməyə başlayıb. Biz Türkiyədə bir həkimlə danışmışıq, onlar Adəmi ora aparmağımızı və müalicə etməyimizi tövsiyə edirlər. Bizim oradakı müayinələrdən keçmək üçün ümumilikdə 6 000 manata ehtiyacımız var. Həmin məbləğin 2 000 manatını toplaya bilsək də, 4 000 manatımız çatmır".
İmran Ələsgərov ailədə tək çalışdığını deyib:
"Mənim Adəmdən başqa bir qız övladım da var. Atam əlildir, bacım isə şizofreniya xəstəliyindən əziyyət çəkir. Onların bütün yükü mənim üzərimdədir. Üç xəstə adama baxmaq, müalicələrini çatdırmaq tək adam üçün, inanın, çox çətindir. Yoldaşım onlara baxır deyə işləyə bilmir, tək mən işləyirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 481-18-61.
Kapital Bank: 5239 1517 2879 1016.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yeddi yaşlı Yunis yenidən əməliyyat olunmalıdır: "Nə yemək yeyir, nə su içir"
- 20 yaşlı Rəvanın müalicələri üçün dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələyin təcili dəstəyə ehtiyacı var: Vəziyyəti ağırdır
- İki övladı da xəstə olan ana yardım istəyir: "Övladım günlərdir banan istəyir, ala bilmirəm"
Rəylər