Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək
İstismar müddəti başa çatmış avtomobillərin utilizasiya prosesi daha da sürətləndiriləcək. Bu işlərin həyata keçirilməsi üçün bu il dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu məbləğ utilizasiya fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirilə bilər. Fonda dövlət büdcəsindən başqa, ölkəyə gətirilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.
Hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirən yalnız bir qeydiyyatdan keçmiş utilizator mövcuddur. O da Bakıda yerləşir.
Ekspert qeyd edib ki, utilizasiyaya verilən avtomobillər yararsız olur. Onların yük avtomobilləri ilə Bakıya gətirilməsi vətəndaşlar üçün əlavə maliyyə xərci yaradır.
E.Cəfərov təklif edir ki, toplanan vəsaitlərdən istifadə edərək, bölgələrdə də utilizasiya məntəqələri və avtoparklar yaradılsın.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Utilizasiyaya verilməmişdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Ətraflı süjetdə:

"Avtomobillərin utilizasiyası" teqi üzrə xəbərlər
- Nəhəng qısqaclarda əzilən avtolar: Utilizasiya prosesi necə və hansı əsasla aparılır?
- Avtomobilini utilizasiyaya verən neçə nəfər ödəniş alıb?
- Hər beş avtomobildən biri istismara yararsızdır: "Nəqliyyat parkının 15%-nin yaşı 10 ilədəkdir"
- Mirzə Laçınov: "Köhnəlmiş nəqliyyat vasitələri təhlükəsizlik baxımından risklər yaradır"
- Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verildi