Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci için yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, respublikamızdan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qurumuna təqdim edilib:
"Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. Hazırda sənədlər rəsmi qərar qəbuletmə mərhələsindədir".
Aygün Mirakif