"Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac var".
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, görüləcək tədbirlər aşağıdakılardır:
- Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi;
-Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi;
Gözlənilən nəticə və nəticə indikatorları aşağıdakılardır:
- Azərbaycan ədəbi dili inkişaf edəcək;
- Azərbaycan dilində yeni əsərlər yaradılacaq;
- Azərbaycan ədəbi dilindən istifadə artacaq;
- Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq.
Məlik Məlikov