Azərbaycanda “Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı” hazırlanıb.
Oxu.Az Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumata görə, ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən birini əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması təşkil edir.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün “Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı”nın (2013-2018-ci illər) və “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun layihə sənədi hazırlanıb.
Öhdəliklərdən biri əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması, qanunlarda əlilliyi olan şəxslərlə bağlı ayrıseçkilik hallarının aradan qaldırılması, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsidir.
Konvensiyanın tələblərinə uyğun hazırlanan “Əlillərin sosial müdafiəsi haqqında” yenidən hazırlanan qanun layihəsi əlilliyi olan insanlara cəmiyyətdə ayrı-seçkilik aradan qaldırılacaq və cəmiyyətin bərabər hüquqlu üzvləri kimi bərabər imkanlardan yararlana biləcəklər.
Elvin Əhmədov
www.oxu.az