Təhsil Nazirliyi 2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2 042 800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1 971 600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunub.
Oxu.Az Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31 134 nüsxə “Şahmat” dərslikləri hazırlanıb çap edilib.
“Çap edilmiş həmin dərslik və müəllim üçün metodik vəsaitlər respublikanın ümumi təhsil müəssisələrinə çatdırılıb”, - nazirlikdən bildirdilər.
Elvin Əhmədov
www.oxu.az