Azərbaycan 2014-cü ilin nəticələrinə görə dünya reytinqinin ən xoşbəxt ölkələrindən ibarət beşliyə daxil olub. “Xoşbəxt siyahıya” Fici başçılıq edir, ən bədbəxt isə Yunanıstan və İraqdır.
Rusiya isə bir il ərzində göstəricilərini 2 dəfə yaxşılaşdıraraq, reytinqdə 16-cı yeri tutur.
Oxu.Az xəbər verir ki, bu barədə “Novıye izvestiya” portalında dərc olunmuş “Azərbaycan xoşbəxt beşliyə düşdü” adlı məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Gallup International/WIN tədqiqat agentliklərinin assosiasiyası tərəfindən aparılan qlobal sorğuda 65 ölkədən 70 min insan iştirak edib. Xoşbəxtlik indeksi, özünü xoşbəxt hesab etməyən insanların faizinin, özünü xoşbəxt sayan insanların faizindən çıxmaqla müəyyənləşdirilir.
Həmin yazını təqdim edirik:
“Azərbaycanlılar ölkələrinin yüksək “xoşbəxtlik” reytinqinə təəccüblənməyiblər.
“Bizim dövlətimiz stabildir. Azərbaycan rəhbərliyi ümumilikdə ölkənin, eləcə də hər bir vətəndaşın maraqlarını nəzərə alır” - Moskva Dövlət Linqvistik Universitetində (MDLU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Bella Sirac qızı Musayeva deyib.
Ölkəmizin düzgün siyasəti nəticəsində mən Moskvada, rusiyalı tələbələrin öyrəndikləri Azərbaycan mədəniyyətini, dilimizin təbliği ilə məşğul olduğum, Rusiyanın aparıcı dilçilik Ali məktəbindəyəm... Azərbaycan paytaxtı gündən-günə gözəlləşir. Bu yaxınlarda Bakıda olmuşam və hava limanından evə gedərkən yolda yaşıla boyanmış gözəl bir bina gördüm. Taksi sürücüsü bunun Bakı-2015 Birinci Avropa Oyunları (Olimpiya oyunları bu ilin iyununda Bakıda keçiriləcək) üçün tikilmiş yeni stadion olduğunu söylədi.
Əgər azərbaycanlıların fikirlərini yekunlaşdırsaq əsas məqam budur:
“Biz gələcəyə inanırıq, həyatımızda yaxşılığa doğru dəyişikliyi görürük və bu səbəbdən də özümüzü xoşbəxt hiss edirik”.
Yanvar ayının ortalarında Dünya Bankı (World Bank) GEP (Global Economic Prospects)
qlobal artım proqnozunu dərc etmişdi. Hesabata müvafiq olaraq desək, Azərbaycan cari ildə ümumdünya iqtisadi inkişafını ən azı bir faizdən artıq keçəcək (Azərbaycanın 4,4%-i dünya üzrə 3%-ə qarşı).
Bu yaxınlarda “New York Times” qəzeti ənənəvi səfər üçün əlverişli ölkələrin illik dünya reytinqində Bakını 52 turistik istiqamət siyahısına daxil edib.
“National Geographic” jurnalının “Gecə həyatı üçün ən yaxşı şəhərlər” adlı reytinqində Azərbaycanın paytaxtı Bakı “onluğa” düşüb.
“Bakı qüdrətli meqapolisdir, burada qədimlik müasirliklə uzlaşır. Və ən əsası Rusiyadan olan turistlər özlərini burada rahat hiss edirlər”, - ölkəyə səfər edən rusiyalı səyahətçilərin rəyi belədir.
“Xoşbəxtlik indeksi, cari vəziyyətin inkişafı və yaxşılaşması müşahidə edilən ölkələrdə artır. Başqa sözlə desək, xoşbəxtlik indeksi ədalət və ümidin hakim olduğu ölkələrdə artır”, Azərbaycanın yüksək reytinqini şərh edən Gallup International/WIN-in Şərqi Avropa, Rusiya və MDB üzrə direktor-koordinatoru və holdinqin prezidenti Andrey Milexin bildirib”.