Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycana gələn yüklərin qiyməti arta bilər
"Gələn ayın 1-dən Bosfor boğazından keçən gəmilərin tranzit qiyməti 15% artırılır".
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.
Belə ki, iyulun əvvəlindən ödənişlər 5,07 dollar təşkil edəcək. Bu isə 2022-ci illə müqayisədə yığımları 6,3 dəfə artıracaq.
İqtisadçı ekspert bildirib ki, xaricdən Azərbaycana bir sıra məhsulların gətirilməsi üçün Türkiyə boğazlarından istifadə olunur. Buna görə də yeni qərar Azərbaycana gələn yüklərin qiymətinə də təsir edəcək.
Türkiyənin bu qərarı ilə bağlı daşıyıcı şirkətlərə əvvəlcədən məlumatlar göndərilib.
Ətraflı süjetdə:
Rəylər