Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyanın ən hündür iti öldü
ABŞ-nin Ayova ştatında yaşayan Kevin adlı dünyanın ən hündür iti Ginnesin Rekordlar Kitabına düşəndən bir neçə gün sonra ölüb.
Bu barədə kitabın saytında məlumat verilib.
Ayova ştatının Uest De Moyne şəhərində yaşayan üç yaşlı it planlaşdırılmamış əməliyyatdan sonra dünyasını dəyişib.
İt ağır xəstəlikdən əziyyət çəkib. Onun sahibi Treysi Vulf olub.
Qeyd edək ki, Kevin dünyanın ən uzun erkək iti kimi tanınırdı. Onun boyu 97 santimetr idi.
Mənbə: RBC
"Ginnesin Rekordlar Kitabı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər