Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti ilə bağlı məlumat açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi dekabrın 02-si gün ərzində, dekabrın 03-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.
Bəzi rayonlarda intensiv olub, güclü şimal-qərb küləyi əsib. Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.
Qar örtüyü əmələ gəlib, hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub.
Elvin Əhmədov
www.oxu.az