Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 20 nəfər Banqladeş, 5 nəfər Pakistan və 3 nəfər Özbəkistan vətəndaşı saxlanılıb.
Bu barədə Xidmətdən Oxu.Az-a bildirilib.
“Araşdırma zamanı Banqladeş vətəndaşları Nahid Neovaz və digərlərinin Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanunsuz miqrasiyanı təşkil etdikləri müəyyən olunub”, - deyə Xidmətdən bildirilib.
Qanunsuz miqrasiya ilə bağlı aşkar edilmiş faktlar üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ülviyyə R. Əli
www.oxu.az