Dövlət Miqrasiya xidməti 15 Banqladeş və 5 Pakistan vətəndaşını saxlayıb.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Yunanıstanda məskunlaşan Banqladeş vətəndaşı Səlim Muhammed və onun Azərbaycandakı əlaqələndiricisi ölkə ərazisində qanunsuz yaşayan həmyerlisi Nahid Neovas ayrı-ayrı şəxsləri qeyri- qanuni ölkəyə gətirərək qrup şəklində yerləşdiriblər.
Bundan əlavə, onlar Azərbaycan- İran - Türkiyə - Avropa marşrutu üzrə qanunsuz miqrasiya ilə də məşğul olublar.
E.Ə.
www.oxu.az