Martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyasının iclasında Azərbaycanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib.
Məlumata əsasən, iclasda 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.
Rəylər