Azərbaycanda tarixi abidələr yenidənqurmadan sonra əhəmiyyətli dəyişikliklərə məruz qalırlar.
Oxu.Az “Exo”ya istinadən xəbər verir ki, bu barədə Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova bildirib.
“YUNESKO Qız qalasında, həmçinin Şirvanşahlar Sarayında hansısa restavrasiya işlərinin aparılmasına etiraz edirdi. Lakin sonradan İçərişəhərdə müasir binalar inşa olundu. Hazırda Azərbaycanda təmir-bərpa işlərinin aparılması zamanı çoxlu səhvlərə yol verirlər, mühüm detal və elementlər dəyişdirilir. Məsələn, Qız qalasında aparılan restavrasiya işləri zamanı böyük dəyişikliklər edilib. Belə ki, əvvəllər bu qüllənin içərisində qübbələr yox idi, lakin sonralar onlarla özləri də xeyli dəyişdirilmiş mərtəbələri örtdülər. Başlanğıc şəkildə binanın ortası boş idi, yalnız divar boyunca 60 sm enlikdə pilləkən keçirdi.
Z.Budaqovanın sözlərinə görə, memarlıq abidələri üçün belə əhəmiyyətli dəyişikliklər yolverilməzdir.
Öz növbəsində memar Əli Güləhmədov memarlıq abidələrinin restavrasiyası zamanı həyata keçirilən dəyişikliklər əksər hallarda təkcə əsərin müəllifi deyil, həm də onun yaradıldığı dövrə hörmətsizlikdən xəbər verir. Bu, abidənin bədii qiymətinə zərbə vurur.
“Ölkədə tarixi abidələrə qayğısız münasibət var. Və bu nə cəmiyyətə, nə də dövlətə üstünlük verir. Bir çox milli memarların, o cümlədən ilk böyük memarlarımızın inşa etdikləri binalar çox dəyişdirilir, ya da ümumiyyətlə sökülür. Məsələn, Azərbaycan konservatoriyasında yenidənqurma işləri zamanı Üzeyir Hacıbəyovun abidəsini köçürmək və ya sökmək istəyirdilər. Lakin onu qoruyub-saxlaya bildilər”.