Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” dünən ilk oyununu keçirib.
Komandamız Makedoniyanın “Metallurq” (Skopye) klubu ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri çətin keçən oyunda minimal hesablı (0:1) qələbə qazanaraq, növbəti mərhələyə adlamaq yolunda ciddi uğura imza atıblar.
Bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Bakıda keçiriləcək.
Qeyd edək ki, dünən Azərbaycanın daha bir təmsilçisi – “Xəzər-Lənkəran” futbol klubu isə Malta təmsilçisi “Sliema” ilə qarşılaşıb. Oyunda hesabı cənublular açsalar da, təəssüf ki, ikinci hissədə komandamız üstünlüyünü əldən verib və heç-heçə ilə kifayətlənib.