Azərbaycanda aşura gününün qeyri-iş günü elan olunması təklifi irəli sürülüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu təklifi Facebook səhifəsində DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu irəli sürüb.
Hacı İlqarın “Vətənimizdə AŞURA GÜNÜ rəsmən qeyri-iş günü kimi elan olunmalıdır” statusu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Statusu 1000 nəfərə yaxın istifadəçi bəyənsə də, şərhlərdə bir çox Facebook izləyicisi etiraz edib.
Qeyd edək ki, bu il Aşura günü noyabrın 14-nə təsadüf edir.