Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Müslüm Maqomayevə həsr olunmuş film təqdim edildi – Foto
Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub.
Oxu.Az-ın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmin premyerasında iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıblar.
Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.
SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkib və nəticədə uğurlu bir əsər yaradıb.
Sənətkarın xanımı qeyd edib ki, filmdə onların gənclik dövrünü əks etdirən kadrlar ona xoş təsir bağışlayıb. T.Sinyavskaya deyib ki, Azərbaycan onun üçün doğma və əziz ölkədir.
Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.
"Arzu Əliyeva" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri" sərgisi açılıb
- Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
- Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
- Arzu Əliyeva İsmayıllı rayonuna səfərindən paylaşım edib
- Leyla Əliyeva və Arzu Əliyeva İsmayıllı rayonuna səfər ediblər