Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara ödənişsiz məzuniyyətin verilməsi təklif olunur.
Oxu.Az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, məşğulluq sahəsində qarşıya qoyulan vəzifələrdən biri də həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin verilməsidir.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
Mərahim Nəsib