Qafqaz Universitetinin rektoru Ahmet Sanıç dünən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçilərinin toplantısında iştirak edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Qafqaz Universitetinin prorektoru Natiq Paşanın bildirdiyinə görə, təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanır və bununla bağlı Təhsil Nazirliyinə müraciət edilib.