Bu gün Azərbaycanda ikinci dəfə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, ilkin məlumatlara görə, zəlzələ yerli vaxtla saat 16:17:12-də Xəzər dənizində qeydə alınıb.
Yeraltı təkanların gücü Rixter şkalası ilə 3,20 balla qiymətləndirilib.
Zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.