Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur.
Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.
Ən çox oxunanlar